Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib.

Day.Az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla mayın 16-da, saat 05:23-də qeydə alınıb.

Episentri 60 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.