Yeni iPhone-ların texniki xüsusiyyətləri məlum olub

"Apple" şirkəti 2019-cu ilin payızında üç yeni nəsil smartfon təqdim etməyi planlaşdırır. Həmin qurğular yeni "A13" prosessoru, üçüncü əsas kamera ilə təchiz ediləcək və korpusun qalınlığı bir qədər artacaq.

Day.Az ICTnews-a istinadən bildirir ki, "Xs" və "Xs Max" smartfonlarının xarici görünüşü əvvəlkilərdən fərqlənməyəcək, onların korpusu yarım millimetr qalın olacaq.

Smartfonlar çox geniş baxış bucağına malik üçüncü əsas kamera ilə təchiz ediləcək. Yeni "iPhone Xr" smartfonunda optik zumu dəstəkləyən əlavə kamera modulu quraşdırılacaq.

Yeni cihazlar, həmçinin simsiz enerjidoldurma texnologiyasına malik olacaqlar.

Yeni qurğuların "iPhone 11" və ya "XI" adlandırılacağı güman edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.