Azərbaycanda bank hesablarının məsafədən açılması yeni formatda tətbiq olunacaq

"Bank hesablarının məsafədən açılması texnologiyasının təcrübəsinin yeni formatda tətbiqini gözləyirik".

Day.Az ONA-ya istinadla xəbər verir ki, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov "Maliyyə və Texnologiyalar Samiti"ndə ("Fintex Summit" )bildirib.

İ. Alışov deyib ki, çox qısa müddətdə Azərbaycanda banklarda məsafədən hesab açmağa imkan yaradılacaq: "Bu isə Azərbaycanın sisteminin beynəlxalq standartlara uyğunlaşmasına doğru atılmış növbəti bir addımdır. Düşünürük ki, gələcək dövrlərdə bank sektorunda kağız daşıyıcılarının azaldılması, rəqəmsal texnologiyaların tətbiqi, əməliyyatların elektronlaşdırılması, eyni zamanda beynəlxalq təcrbənin tətbiqi normativ hüquqi bazanın dəyişdirilməsini və korrektə edilməsində müvafiq addımların atılmasını qaçılmaz edib. Banka gəlmədən məsafədən hesabın açılması və qabaqcıl texnologiyaların tətbiqi ilə bankda müştəri-bank münasibətlərinin yeni fazaya keçməsin nail olacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.