“Salaam Cinema”nın binasının tarixi abidələr siyahısına salınması üçün müraciət olunub

"Salaam Cinema"nın yerləşdiyi binanın memarlıq üslubu və tarixiliyi nəzərə alınaraq Nazirlər Kabinetinə müraciət olunub". 

Day.Az xəbər verir ki, bu barədə ONA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

O, "Salaam Cinema"nın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün araşdırma aparıldığını qeyd edib: "Araşdırmadan sonra sənədləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Binanın siyahıya salınması ilə bağlı müvafiq qərar isə Nazirlər Kabineti tərəfindən veriləcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.