Aygün Kazımova yenidən “Jara” festivalında

Yavaş-yavaş iyul ayında baş tutacaq "Jara" musiqi  festivalında çıxış edəcək yerli sənətçilərin adı açıqlanmağa başlanır.

Day.Az xəbər verir ki, xalq artisti Aygün Kazımovanın da 26 iyulda gecədə çıxışı olacaq. O, səhnəni rusiyalı həmkarı Filip Kirkorov ilə bölüşəcək.

Qeyd edək ki, festivalın digər azərbaycanlı ulduz qonağı Zülfiyyə Xanbabayevadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.