Nazir: "ABŞ Azərbaycan iqtisadiyyatına miliyardlarla dollar investisiya yerləşdirib"

ABŞ bu günədək Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar investisiya yerləşdirib.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə naziri Samir Şərifov Bakıda Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan öz növbəsində ABŞ iqtisadiyyatına 8,2 milyard dollar investisiya qoyub:

"Bugünkü iclasın əsas mövzuları ticarət, investisiyalar, kənd təsərrüfatı, turizm, tranit, logistika və əqli mülkiyyətdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.