https://news.day.az/azerinews/1120877.html
Son üç ayda Azərbaycanda 13 mindən çox nikah qeydə alınıb
Son üç ayda Azərbaycanda 13 mindən çox nikah qeydə alınıb
2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13191 nikah və 3972 boşanma halları qeydə alınıb.
Day.Az Trend-ə istinadla xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.
Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.
Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре