Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 111-ci kilometrliyində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Babayev Famil Vaqif oğlunun idarə etdiyi 50 DL 184 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişini - Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Əsədov Rəşad Qismət oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.