Bakıda imtahan həyəcanı

Xəbər verdiyimiz kimi bu gün 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

Milli.Az bildirir ki, qafqazinfo paytaxtın 153 nömrəli orta məktəbində gedən imtahan prosesini izləyib, imtahanın başa çatmasını səbirsizliklə gözləyən valideynlərin həyəcanını lentə alıb. 

Qeyd edək ki, bəhs etdiyimiz məktəbdə 600 abituriyent imtahan verir. Ümumilikdə Bakı şəhərində 15158 abituriyentin imtahan verəcəyi gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.