Gəncədə Türkiyənin milli bayramı - "19 May Atatürkü anma, gənclər və idman bayramı" qeyd olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş konsulluğunun binası önündən Xan Bağına yürüş ediblər. Parkda günün anlam və önəmini simvolizə edən çinar ağaçı əkilib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 may tarixində qeyd olunan "Atatürkü anma, gənclər və idman bayramı"nın yaranma tarixindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova isə iki dövlət arasında olan tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin günü-gündən möhkəmləndiyini vurğulayıb.

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solisti, əməkdar artist Kəmalə Tağızadə "Qaradəniz" mahnısını səsləndirib. Gəncə Dövlər Dram Teatrı aktyorlarının ifasında "Xərabət gözəli"ndən parça - Səmazən rəqsi təqdim olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.