“Youtube”da ən çox o izləndi

Azərbaycanı "Eurovision"da təmsil edən müğənni Çingiz Mustafayevin ifa etdiyi  "Truth" mahnısı "Youtube"da birincidir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işi Azərbaycan üzrə trend videolar arasında lider olub. 

Mayın 16-da sosial şəbəkəyə yerləşdirilən klipi bu saata qədər 1 milyon 110 mindən çox insan izləyib, 8000-ə yaxın şərh yazılıb. 

Qeyd edək ki, təmsilçimiz yarışmada  297 xalla 7-ci yerdə qərarlaşmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.