Arsenal Avropa Liqasının finalında "Çelsi" ilə Bakıda keçiriləcək oyuna Danni Uelbeki də gətirə bilər.

Milli.Az report-a istinadən bildirir ki, zədəsini sağaldan ingilis hücumçu artıq komanda ilə məşqlərdə iştirak edir. Onun həlledici qarşılaşmada forma geyinəcəyi gözlənilir. Eyni zamanda, paytaxtımızdakı Avroliqa finalı 28 yaşlı forvardın London klubunda son oyunu olacaq. "Topçular"ın baş məşqçisi Unai Emeri Uelbekin komandadan ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Arsenal" - "Çelsi" matçı saat 23:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.