Avropa Liqasının kuboku Gəncədə

UEFA Avropa Liqasının kuboku ölkənin ikinci böyük şəhəri olan Gəncəyə gətirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kubok Gəncə Şəhər İcra Hakimiyyəti binasının qarşısında nümayiş olunub.

Avropa Liqası final oynunun təşkilat komitəsinin meneceri Tural Piriyevbildirib ki, növbəti tədbir Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları qarşılaşacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.