Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 əlamət

Dəmir bədən üçün həyati əhəmiyyətli mikroelementdir. Onun çatışmazlığı bütün orqanizmə təsir edir. Dəmirin defisiti nadir hallarda həyati təhlükə yaratsa da, əhvalımızı kifayət qədər pisləşdirə bilər.

Day.Az bu yazıda oxucuları dəmirin çatışmazlığının 10 simptomu ilə tanış edir.

1. Solğunluq

Dəriyə sağlam və çəhrayı rəng verən qırmızı zülallar və hemoqlobin ifraz etmək üçün bədənə dəmir lazımdır.

2. Dil rənginin dəyişməsi

Dəmirin defisiti nəticəsində hemoqlobinin aşağı düşməsi dilin solğunluğuna gətirib çıxara bilər. Bədəndə dəmir çatışmazlığı mioqlobinin səviyyəsinin də azalmasına və dilin şişməsi və ya iltihablanması ilə yekunlaşa bilər.

3. Saçlar tökülür

Menstruasiyanı ağır keçirən qadınlarda və vegetarianlarda dəmir çatışmazlığı olduğu üçün onlar həddindən artıq saç tökülməsinə məruz qalır.

4. Kövrək dırnaqlar

Dırnaqlar keratindən və dırnaq təbəqəsini qoruyan proteindən ibarətdir. Dırnaqlar oksigenə ehtiyac duyur, lakin hemoqlobin olmadıqda oksigen bədəndə dövr etmir.

5. Təngənəfəslik

Əgər gündəlik adi işləri yerinə yetirərkən boğulduğunuzu hiss edirsinizsə, bunun səbəbi dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığından dolayı hemoqlobin və oksigen səviyyəsi də aşağı düşəcək.

6. Baş ağrıları

Dəmir çatışmazlığı nəticəsində meydana gələn oksigen çatışmazlığı baş ağrıları doğura bilər.

7. Əl və ayaqlarınız həmişə soyuqdur

Soyuq qan dövranı onu göstərir ki, qan əl və ayaq kimi uzaq orqanlara yaxşı çata bilmir.

8. Qıcolmalar

Dəmir çatışmazlığı olan insanlarda narahat ayaq sindromuna daha çox rast gəlinir. Sinir sisteminin pozulması yuxu zamanı ayaqları hərəkətə gətirmək arzusu doğurur.

9. Ürək döyünməsinin çoxalması

Dəmirin çatışmazlığı nəticəsində hemoqlobinin aşağı düşməsi ürəyi daha çox işləməyə (oksigeni bütün orqanizmə bərabər paylamaq üçün) məcbur edir.

10. Daimi yorğunluq

Dəmir azlığı bir çox insanlarda zəiflik, enerji itkisi, diqqət konsentrasiyasının pozulması və ya əvvəllər diqqətinizi çəkən bir çox şeyə marağın itməsinə səbəb olur. (publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.