Türkiyəli müğənni azərbaycanlıların məşhur mahnısını oxudu

Sosial media vasitəsilə məşhurlaşan türkiyəli müğənni Fəridə Hilal azərbaycanlı həmkarlarının mahnısını oxuyub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçılar Rauf və Faikin "Детство" mahnısına müraciət edib.

Mahnını türk dilində "Yok yok" adı ilə paylaşan Fəridənin klipi iki günə 2,6 milyon izlənilmə sayı toplayıb.

Qeyd edək ki, sözügedən mahnıya "Youtube"da Rauf və Faikin ifasında 139 milyon dəfə baxılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.