Həkimlərdən həyati əhəmiyyətli xəbərdarlıq

Günəş gözlüyü olmadan bunları etsəniz, gözünüzü itirə bilərsiniz

Havaların istiləşməsi günəş gözlüyünün vacibliyi məsələsini bir daha aktuallaşdırır. Əslində mütəxəssislər nəinki isti aylarda, o cümlədən soyuq aylarda və qarlı havalarda da xüsusi eynəklər taxmağı məsləhət görürlər.

Day.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, türkiyəli həkimlər belə havalarda günəş eynəyi olmadan çölə çıxmamağı məsləhət görürlər. Bundan başqa, buludlu havalarda da günəş eynəyi taxmaq tövsiyə olunur.

"Günəş eynəyinin görünüşünə deyil, keyfiyyətinə fikir verin. Bundan başqa, hovuza və dənizə də xüsusi eynəklərlə girməyi tövsiyə edirik" - deyə mütəxəssislər məsləhət verirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.