Bakıda yeniyetmə qız itkin düşüb.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 11-ci döngədə yaşayan, 2002-ci il təvəllüdlü Əliyeva Aytac İlqar qızı mayın 18-də səhər saat 9 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!