Evinizdə bunları edərək enerjiyə 30% qənaət edə bilərsiz

Bir çox məişət cihazları biz fərqində olmadan daha çox elektrik enerjisi sərf edir və buna görə ödənilən məbləğ də təbii olaraq artır. Energetika Nazirliyi vətəndaşları enerji sərfiyyatını azaltmaq üçün məişət cihazlarından istifadə zamanı bəzi qaydalara əməl etməyə çağırıb. Tövsiyyələrə əməl edilərsəsərfiyyat 30 faizədək azaldıla bilər.

Day.Az xəbər verir ki, Avropa ölkələrində 900 vat enerjidən çox elektrik istifadə edən tozsoranların satışı qadağan olunub. Azərbaycan Energetika nazirliyi də vətəndaşlara müraciət edərək bildirir ki, Avropada məişət cihazlarına tətbiq edilən qaydaları vətəndaşlar tövsiyyə kimi öz evlərində tətbiq etsələr işlətdikləri günlük enerjiyə 30 faizə qədər qənaət edə bilərlər.

Energetika Nazirliyininşöbə müdiri Ələsgər Həsənovun sözlərinə görəközərmə lampalarından da insanlar tədricən imtina etməlidirlər. Çünki, bu lampalardan bir çox ölkələrdə artıq demək olar istifadə olunmur.

Ələsgər Həsənov bildirir ki, Azərbaycanda enerjidən səmərəli istifadə üçün nazirlik tərəfindən yeni qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Layihədə az enerji ilə daha çox iş görə bilmək üçün bir sıra maraqlı təkliflər yer alıb.

Nazirlik rəsmisinin sözlərinə onlar qurumun sosial şəbəkələrdəki səhifələrində də maarifləndirmə işləri apararaq vətəndaşları enerjidən daha səmərəli istifadə etmələri üçün məlumatlandırırlar.(xəzərxəbər)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.