Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 74,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,4 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,55 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.