Şəkər xəstələri üçün dərman qədər vacib toxum – Amerika alimlərindən ŞOK

Şəkərli diabet xəstələri dərman, qidalanma və insulin qəbulundan başqa, qanda qlükozanı normada saxlamaq və təmizlənmək üçün kətan toxumu və dəmləməsindən də istifadə etməlidir. Bunu təkcə xalq təbabəti yox, alimlər də məsləhət görür.

Day.Az Medicina.az-a istinadla xəbər verir ki, Amerika tibb alimləri çoxillik tədqiqatlarını yekunlaşdıraraq, kətan toxumunun diabet və piylənmədən əziyyət çəkən obezete xəstələrinin müalicəsində və profilaktikasında effektiv təsirinin olduğunu sübut etdilər.

Nəzarət qrupunda kətan toxumu ilə sınaqlar göstərdi ki, bu toxum qanda uzun müddət şəkəri salır, normada saxlayır, həzm prosesini yaxşılaşdırır, artıq çəkili insanlarda arıqlamağa və insulin rezistentliyi azaltmağa səbəb olub.

Kətan toxumu diabetdə 2 istiqamətdə təsir edir: onun toxumları Omeqa 3 turşu yağları ilə, eləcə də həzmi yaxşılaşdıran liflərlə zəngindir. 

Yadda saxlayın ki, toxumlar bütov halda qəbul olunsa faydasızdır, onlar elə bağırsaqdan sovrulmayıb bütöv də xaric edilir. Ona görə orqanizmə toxumun döyülüb un halına salınmış forması düşməlidir. 

Un halına salınmış toxumları yeməyə, salata, şorbalara qatıb yemək də olar, onun dəmləməsini hazırlayıb içmək də. 
Dəmləmə üçün toxumlar bütöv də ola bilər. Onlar çox şişdiyi üçün qab geniş, su çox olmalıdır.

İnsan kətan toxumu qəbul etdiyi gün çoxlu adi su tükətməlidir. Çünki bağırsaqlardan şişmiş toxumların keçməsi üçün maye lazımdır.
 
 Necə hazırlamalı?

3 xörək qaşığı üyüdülmüş kətan toxumunun üzərinə 1 stəkan yarım ilıq su töküb, ağzını bağlayıb, gecədən səhərə kimi saxlayın.
Səhər bunu zəif odda qaynadıb, bir qədər soyudub, süzün. 

Selik kimi şirəli mayenin üzərinə 1 stəkan qaynar su alıb, termosa tökün. 
Bunu gün ərzində fasilələrlə, hər dəfə bir az olmaqla qurtum-qurtum için.

Həmin gün ən azı 2 litr maye qəbul etməlisiz.
Əks təqdirdə qəbizlik qaçılmazdır.

Belə etsəniz, həm enerjiniz, gücünüz olacaq, həm mədə-bağırsağınız işləyəcək, həm də hər yeməkdən sonra qana qlükoza çox mirdarda sıçramayacaq, şəkər rekord həddə yüksəlməyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.