Bəzi məhsulların çoxlu miqdarda istehlakı görməyə mənfi təsir edir.

Day.Az Saglamolun.az-a istinadla bildirir ki, həkim-diyetoloq Yekaterina Burlyayeva bu məhsulların adlarını açıqlayıb.

Diyetoloqun sözlərinə görə, bu ilk növbədə ağ çörəyə aiddir. Ağ çörəyin qlisemik indeksi çox yüksəkdir və bu da mədəaltı vəzi yükləyir. Vəz daha çox insulin ifraz edir. İnsulinin qanda səviyyəsinin qalxması göz almasına çox mənfi təsir edir.

Qəhvə və spirtli içkilər də gözlərimiz üçün arzuolunan məhsullar deyil. Onlar qan damarlarının sıxılmasına və gözlərdə qan dövranının pozulmasına səbəb olur.

Tərkibində müxtəlif kimyəvi qatqılar olan hazır qidalar da göz sağlamlığı üçün ziyanlıdır. Bu məhsulların tərkibində olan konservant, dadlandırıcılar və s. maddələr bütün orqanizmə və o cümlədən gözlərə olduqca mənfi təsir göstərir.

Tez mənimsənilən karbohidratlar (un məmulatları, şirniyyatlar, ağ rafinə olunmuş düyü) qanda şəkərin və ardınca insulinin səviyyəsini qaldırır ki, bu da gözün torlu qişası üçün ziyanlıdır.

Duz növbəti ziyanlı məhsuldur. Duz orqanizmdə mayeni saxlayır və bu da gözdaxili təzyqin yüksəlməsinə  səbəb ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.