İsti yay aylarında adi qara çay əvəzinə ərəb ölkələrindəki kimi əsl Şərq çayı - nanə çayı için.

Day.Az Medicina.az-a istinadla xəbər verir ki, nanə çayı sərinləşdirir, təravətləndirir, güc verir, həzmi yaxşılaşdırır, mikrobları öldürür, əsəbləri sakitləşdirir.

Kimlərə nanə çayı məsləhətdir?

-Miqreni olanlara
-Ürək-damar problemi
-Nevrozlara
-Qadın xəstəliklərində - menstruasiyanı bərpa edir, klimaksı yüngülləşdirir, qadın hormonlarını sabitləyir
-Yorğunluq

Kişilər bir qədər az içsə yaxşıdır, çünki kişi cinsi hormonlarını azaldır.

Necə hazırlamalı?

Dəm çaydanına 1 çay qaşığı təzə nanə yarpaqları, 1 çay qaşığı yaşıl çay əlavə edib, qaynar su əlavə edin. 10 dəqiqə dəmləyib, sonra limon qataraq için.
Eləcə isti aylarda bu çaya buz qatıb, sərin də içmək olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!