Joze Mourinyo İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə şərhçi kimi fikirlərini bölüşüb.

Day.Az goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis avrokubokların finalında İngiltərə təmsilçilərinin iştirak etməsindən məmnunluq ifadə edib. "Növbəti mövsümün əvvəlində UEFA Super Kubokunda da İngiltərə komandaları olacaq. Bu möhtəşəm bir xəbərdir. Hazard "Çelsi" üçün önəmli futbolçudur. Böyük ehtimalla, final görüşü onun komandada son oyunudur. Hazard meydanda fantastik oyunçu olmağa çalışacaq. O, kuboku qazanaraq "Real"a gedə bilər".

Portuqaliyalı mütəxəssis digər finalçı "Arsenal" haqqında da danışıb: "Finalda "Arsenal"ın üzərində daha çox təzyiq olacaq. Onlar növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək üçün mübarizə aparacaqlar".

Qeyd edək ki,  "Çelsi" - "Arsenal" finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!