Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb

Ermənistan silahlı qüvvələrinin nəzarət etdikləri Azərbaycan torpaqlarında törətdikləri alovu yağmurlu hava söndürüb.

Day.Az ONA-ya istinadla xəbər verir ki, erməni hərbçilər havanın küləkli olmasını fürsət bilərək Şıxlar kəndi ərazisində yanğın törətməyə cəhd ediblər.

Alovun genişlənərək qoşunların qarşıdurma xəttini və Ağdamın cəbhəyanı yaşayış məntəqələrini keçməsinin qarşısı isə yağışlı hava şəraiti nəticəsində alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.