İş axtaranların NƏZƏRİNƏ: Vakansiya var

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aktyorluq (rus və Azərbaycan bölməsi), xor artisti, orkestr ifaçılığı və xoreoqrafiya sənəti ixtisasları üzrə işə qəbulla bağlı müsabiqə elan edib.

Day.Az xəbər verir ki, müsabiqədə teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər. Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.

İştirak etmək istəyənlər şəxsiyyət vəsiqələri, ali təhsil haqqında sənəd və əmək kitabçasının surəti, tərcümeyi-hal, yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən), 2 fotoşəkil (3x4), fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətlərini sənət ocağına təqdim etməlidirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.