Türkiyə futbolunda ilk - Çempion aşağı liqaya düşdü

Türkiyə Super Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, 34-cü turda "Bursaspor" səfərdə "Yeni Malatyaspor"u 2:1 hesabı ilə məğlub etsə də, I Liqaya düşüb. Bu, Türkiyə futbolu tarixində bir ilkdir. Belə ki, ölkə futbolunda ilk dəfə çempion olmuş komanda Super Liqanı tərk edib.

"Bursaspor" 2009/2010 mövsümündə Türkiyə çempionu olmuşdu.

"Göztəpə" evdə "Ankaragücü"yə 2:1 hesabı ilə qalib gələrək, Super Liqada yerini qoruyub.

Debütant "Ərzurumspor" və "Akhisarpor" da elitayla vidalaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.