"Çelsi" də gəldi

UEFA Avropa Liqasının ikinci finalçısı İngiltərənin "Çelsi" klubunun üzvləri Bakıya gəlib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun "Twitter" səhifəsində bildirilir.

Xatırladaq ki, bu gün "Çelsi" komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə Bakı Olimpiya Stadionuda saat 20:15-də mətbuat konfransı, klubun mətbuat üçün açıq məşqi isə saat 21:00-da baş tutacaq.

Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.