Daha bir İngiltərə klubunu ərəblər alır

İngiltərə Premyer Liqasının daha bir klubu ərəblərə satılıb.
Day.Az Milli.az-a istinadla xəbər verir ki, Şeyx Xaled bin Zayed əl Nehayanın təmsilçisi "Daily Mail"ə açıqlamasında "Nyukasl" rəhbərliyi ilə anlaşma əldə olunduğunu bildirib. Şeyx Xaled "Mançester Siti"nin sahibi olan şeyx Mansurun yaxın qohumudur.

Abu Dabinin kral ailəsindən olan Şeyx Xaled "Nyukasl"ın səhmlərinə sahib çıxmaq üçün klub prezidenti Mayk Eşliyə 350 milyon funt-sterlinq ödəyəcək.

Klubun yeni sahibi hazırkı baş məşqçi Rafael Benitesin postunda qalmasının tərəfdarıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.