Məşhur futbol klubunun sabiq prezidenti dünyasını dəyişdi

Türkiyənin "Fənərbaxça" klubunun sabiq prezidenti Metin Aşık vəfat edib. 

Day.Az ONA-ya istinadan xəbər verir ki, 1989-93-cü illərdə İstanbul təmsilçisinin rəhbəri olmuş M. Aşık əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib. 
Onunla vida mərasimi mayın 30-da olacaq. 

Qeyd edək ki, "Fənərbaxça" M. Aşıkın rəhbər olduğu dönəmdə iki dəfə Superliqanın gümüş medalını qazanıb. Həmçinin "Prezident Kuboku"na yiyələnib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.