PA rəsmisi: Ermənistanda bir nəfər olsun, azərbaycanlı yaşamır

Bu gün Ermənistanda bir nəfər olsun, azərbaycanlı yoxdur. Bu ölkə regionda yeganə monoetnik dövlətdir, yəni ermənilərdən savayı, başqa xalqların və millətlərin nümayəndələri orada yaşamır. 

Day,Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov bu gün parlamentdə çıxışı zamanı deyib.

O, 1988-ci ildə Ermənistanda azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını xatırladıb və regiondakı dövlətlərlə müqayisə aparıb:

"Azərbaycan çoxsaylı xalqların və millətlərin yaşadığı polietnik bir dövlətdir. Burada bütün xalqların, millətlərin birgə yaşayışı mövcuddur.

Həmçinin, region ölkələrindən Rusiya, İran, Gürcüstan, Türkiyə - hamısı çoxmillətli, polietnik ölkələrdir. Ancaq bu regionda nasizm siyasəti, etnik təmizləmə siyasəti həyata keçirən yeganə monoetnik dövlət Ermənistandır. Hətta bir neçə il öncə xaricdə keçirilən bir tədbirdə sual verildi ki, Ermənistanda nə qədər azərbaycanlı yaşayır, cavab verdik ki, heç kim.

Dedilər ki, necə yəni heç kim? Biz bir daha dedik ki, 1988-ci ildən Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır. Bu ölkə nasist siyasət yeridir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.