“Yuventus”un futbolçusu əməliyyat olundu

"Yuventus"un futbolçusu Voyçex Şesnı əməliyyat olunub.

Day.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı qapıçı İspaniyanın Barselona şəhərində əməliyyat edilib.

Polşa millisinin də formasını geyinən Şesnı geridə qalan mövsümdə 41 qarşılaşmada iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.