"Azərbaycanda xoşbəxt və firavan yaşamaq üçün gözəl şərait mövcuddur"

Ölkəniz haqqında məlumatım var idi. Bakını görmək istəyirdim. Sevinirəm ki, arzum gerçəkləşib.

Day.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn Böyük britaniyalı turist Mohammed Xan deyib. O qeyd edib ki, Azərbaycanda xoşbəxt və firavan yaşamaq üçün gözəl şərait mövcuddur. Burada sabitlik və rahatlıq təmin olunub. Bakıda maraq doğuran memarlıq və tarixi abidələr çoxdur. Mən Azərbaycan Milli İncəsənət Muzeyi, Qız qalası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə yaxından tanış oldum.

Azərbaycanda son illər mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyini vurğulayan Mohammed Xan UEFA Avropa Liqasının final oyununa böyük maraq göstərdiyini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.