"Final oyununun belə gözəl şəhərdə keçirilməsi əla təşəbbüsdür"

Azərbaycana ilk dəfədir gəlmişəm. Bakı çox gözəl şəhərdir, insanlarını çox sevdim.

Day.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Avstraliyadan Bakıya gələn azarkeş Eze Izukvu deyib.

E.Izukvu qeyd edib ki, "Çelşi"nin azarkeşidir və sevimli komandasını dəstəkləməyə gəlib. "Final oyununun belə gözəl şəhərdə keçirilməsi əla təşəbbüsdür", - deyə azarkeş bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.