BBC: Bu gün Bakıda fantastik matç keçiriləcək

Bu gün Bakıda "Çelsi" və "Arsenal" arasında fantastik matç keçiriləcək.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu BBC-nin idman müxbiri Devid Ornşteyn deyib.

O, Bakıdan videoreportaj təqdim edib:

"Azərbaycanın paytaxtı, günəşli Bakıya xoş gəlmisiniz. Fikirləşə bilərsiniz ki, niyə bu iki komanda futbol oynayıb qayıtmaq üçün 5500 mil yol qət edir. İki il əvvəl təşkilatçılar final matçının Bakıda keçirilməsini qərara alıb. Bu, fantastik matç olmalıdır və stadion da möhtəşəm görünür".

Qeyd edək ki, bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal" komandaları qarşılaşacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.