Bakıda 4 ayda əhaliyə 6 milyard manatlıq məhsul satılıb: ərzaq, içki, tütün...

2019-cu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 6 milyard 357,1 milyon manat olub.

Day.Az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2 milyard 812,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 3 milyard 545,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.