“Çelsi”nin fransalı futbolçusu Oliviye Jiru Bakıda rekorda imza atıb

"Çelsi" klubunun hücumçusu Oliviye Jiru UEFA Avropa Liqasının Bakıda təşkil olunan final oyununda fərqlənib.

Day.Az AZƏRTAC-a istinadla xəbər verir ki, fransalı futbolçu "Arsenal"a qarşı keçirilən görüşün 49-cu dəqiqəsində rəqib qapısına yol tapıb və bu, onun cari mövsümdə 11-ci qolu olub. Bu göstərici ilə O.Jiru bir avrokubok mövsümündə ən çox qol vuran fransız futbolçu adını qazanıb.

Əvvəllər rekord Jyust Fontenə məxsus olub. Belə ki, "Reyms" klubunun futbolçusu 1958-1959-cu il mövsümündə 10 qol vurub.

Qeyd edək ki, Bakıda təşkil olunan görüşdə "Çelsi" komandası "Arsenal"ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.