Milli Məclis Azərbaycan polisinə təşəkkür etdi

Milli Məclis UEFA final matçında ictimai asayişi yüksək səviyyədə təşkil etdiyinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarına və polisə minnətdarlığını bildirib.
Day.Az  "Ölkə.Az"a istinadla xəbər verir ki, millət vəkili Çingiz Qənizadə parlamentin bu gün keçirilən plenar iclasında  mayın 29-da Arsenal-Çelsi oyunu zamanı  hüquq-mühafizə orqanları və polisi ictimai asayişin və təhlükəsizliyin  yüksək səviyyədə təmin etmək qabiliyyətini ortaya qoyduğunu qeyd edib.
"Azərbaycanın hüquq-mühafizə orqanlarının və polisinin belə mötəbər tədbirlərin  yüksək səviyyədə təhlükəsizliyinin təmin olunması bacarığını bir  daha ortaya qoydu. Onların bu əməyini yüksək dəyərləndirmək və  bu fəaliyyətlərinə görə   minnətdarlığımızı bildirməliyik"- Ç.Qənizadə deyib.

Milli Məclis sədri Oqtay Əsədov da   məsələyə reaksiya verərək bildiirb ki, hüquq-mühafizə orqanları və polisin  yüksək peşəkarlığı nəticəsində oyun çox yüksək səviyyədə keçdi: 
"Bir sıra ölkələrdə belə futbol yarışları keçirilən zaman azarkeşlər arasında xoşagəlməz hallar baş verir. Ancaq Azərbaycan hüquq-mühafizə orqanlarının və polisin yüksək peşəkarlığı nəticəsində oyun yüksək səviyyədə keçdi. Hər hansı xoşa gəlməz hallar baş vermədi. Buna görə hüquq-mühafizə orqanlarına və polisə Milli Məclis adından minnətdarlığımız bildiririk".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.