Erməni ordusunun 11 texnikası belə sıradan çıxarıldı

Ermənistan ordusunda yeni insident qeydə alınıb.

Day.Az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı "Joxovurd" qəzeti yayıb. Qəzet hüquq-mühafizə orqanlarının keçirdiyi baxış zamanı ordu bölmələrindən birində xidmət edən zabitlərdən birinin benzin qaçaqmalçılığı ilə məşğul olduğunu müəyyən etdiklərini bildirib. Məlumata görə, zabit hərbi hissədəki 11 döyüş maşınından benzin oğurlayaraq, onların çənlərini su ilə doldurub:

"Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, bunun nəticəsində 11 döyüş maşınında texniki problemlər yaranıb və bu texnika ordunun arsenalından çıxarılıb. Hazırda məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi qaldırılıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.