"Azəri-Çıraq-Günəşli" Azərbaycanda əsas neft yatağı olaraq qalır
"Azəri-Çıraq-Günəşli" (AŞQ) yatağından mayın 1-ə qədər 483 milyon ton neft və 157 milyard kub metr qaz hasil olunub.
Day.Az Trend-ə istinadla xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib.
X.Yusifzadə deyib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından 483 mln.ton neft hasil edilib ki, onun da 280,4 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Blokdan hasil edilən neftin 58%-i Azərbaycanın payına düşür.
Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" Azərbaycanda əsas neft yatağı olaraq qalır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре