"2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun birinci oxunuşda qəbul olunub.

Day.Az Trend-iə istinadla xəbər verir ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.

Bundan başqa, 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.