Futbol əfsanəsi Messi ilə bağlı suala görün necə cavab verdi?

"Əlbəttə ki, Messi bir nömrədir. Biz 20 və ya 30 il gözləməliyik ki, bənzər futbolçu görək".

Day.Az xəbər verir ki, bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib. "Yekədiş" ləqəbi ilə tanınan futbol əfsanəsi dünyanın ən yaxşı futbolçusu ilə bağlı sualı cavablandırıb.

O, İspaniya "Barselona"sının argentinalı hücumçusu Lionel Messini fərqləndirib: "Məhəmməd Salah, Eden Azar, Neymar da xoşuma gəlir. Mən onların oyununu seyr etməyi sevirəm. Bir də əlbəttə ki, Killian Mbappe. Onu mənimlə müqayisə edirlər?

Mənə bənzəyən əksər futbolçular barədə belə deyirlər. Onlar sürətlidir, yaxşı texnikaya malikdirlər, əla hərəkət edirlər, hər iki ayaqla oynamağı bacarırlar. Biz oxşarıq, amma müqayisələrdən heç vaxt xoşum gəlməyib. Xüsusilə də müxtəlif nəsillərin oyunçularının müqayisəsini sevmirəm. Çünki fərqli dövrlər olub".(ONA)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.