Ürək xəstəliyindən bel ağrısına qədər bütün dərdlərin dərmanı

Lumbaqo meyvəsinin bir çox xəstəliyə faydası var.

Day.Az ölkə.az-a istinadən bildirir ki, Malta alçası kimi də tanınan lumbaqonun tərkibi A və C vitaminləri ilə zəngindir. Bel ağrısına qarşı əladır.

Müntəzəm qəbul edəndə qəbz problemini həll edir.

Böyrəkdə yaranan qum və daşların tökülməsinə kömək edir.

Mədə xəstəliklərinə qarşı faydalıdır.

Anti-oksidant təsirə sahib flavonoidlər sayəsində hüceyrələrin xarab olmasının qarşısını alır və ürək xəstəliklərinə qarşı qoruyur.

Sinirləri gücləndirir.

Pəhriz saxlayanlar üçün ideal bir meyvədir.

Qanda şəkərin miqdarının artmasının qarşısını alır.

Kalorisi az olsa da, toxluq hissi verir.

Həzm problemi olan şəxslər tərəfindən qəbul ediləndə bağırsaq fəaliyyətini normallaşdırır.

Meyvələri suda bişirib şəkərlə içsək, ishal və dizinteriya xəstəliklərini müalicə etmiş olarıq.

Lumbaqonun yarpağını qaynadıb içmək şəkər xəstəliyinin müalicəsinə müsbət təsir edir.

Çəyirdəklərində sidikqovucu xüsusiyyət olduğu üçün böyrək daşını salmağa kömək edir.

Qan dövranını sürətləndirir.