Milli Məclis iyul ayında yenə yığışacaq

Bu ilk dəfə olaraq Milli Məclisin iki növbədənkənar iclası iyul ayında keçiriləcək.
Day.Az xəbər verir ki, bu barədə "Ölkə.Az"a Milli Məclisdəki mənbələrdən verilib.

İyul ayında keçiriləcək növbədənkənar  sessiyalar iyulun 9 və 12-də keçiriləcək.
Ümumiyyətlə bu il Milli Məclisin 5 növbədənkənar plenar iclası keçiriləcək.Onlardan 3-ü iyunda keçiriləcək. 

Qeyd edək ki, Milli Məclisin daxili Nizamnaməsinə əsasən yaz sessiyası fevralın 1-dən mayən 31-dək davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.