DİQQƏT: əgər dərmanı belə qəbul edirsinizsə…

Bir çox şəxs həbləri qəbul edərkən bütöv halda uda bilmədiyi üçün dərmanı para bölüb udur. Lakin bu şəkildə dərman qəbulu təhlükəlidir. Daxili orqanlara birbaşa təsir edir. Bəs bu üsul niyə zərərlidir?
 
Day.Az Medicina.az-a istinadla bu suala cavab tapacağınız yazını təqdim edir.
Həbləri para bölüb içməyin zərərləri
 
 
Dərmanların səhv istifadəsi daxili orqanlara zərbə vurur. Əgər həkim dərmanın qırılıb, yarısının içilməsini deyibsə, belə də edin. Lakin özbaşınıza dərmanı uda bilməyəndə və yaxud  dərmanın dozasını azaltmaq məqsədi ilə qəbul edilirsə, bu olmaz.
 
Hətta bəzi hallarda kapsulları uda bilməyənlər içini açıb qəbul edir. Bu da tamamilə səhv addımdır. Dərmanın belə qəbulu mədə-bağırsaq sistemini sıradan çıxara bilər.
 
 
Hər həbin  təsiri müxtəlifdir. Bəzi dərmanlar mədədə, bəziləri isə bağırsaqlarda həll olur.
Dərmanlar su ilə içilməlidir
 
 
Həbləri adi sudan başqa digər maye vasitələri ilə də içənlər var. Dərmanı mütləq bol-bol su ilə içmək lazımdır. Bəzi hallarda dərman südlə qəbul edilir. Bu zaman təsir funksiyası dəyişir. Həblərin qəbul edilmə vaxtları da önəmlidir. Reseptinizə ac qarnına qeyd olunubsa, yeməkdən iki saat əvvəl içilməlidir. Dərmanı içib, dərhal yemək yemək olmaz. Tox qarnına buyrulan həblər isə yemək yedikdən 1 saat sonra içilməlidir. İki saat vaxt keçsə, ac qarnına hesab olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.