ÇL-də finalın ən yaxşı oyunçusu açıqlandı

UEFA Çempionlar Liqasında final mərhələsinin oyunundan sonra qarşılaşmanın ən yaxşı futbolçusu məlum olub.

Day.Az UEFA-nın saytına istinadən xəbər verir ki, final matçının ən yaxşısı adına "Liverpul"dan Vircil Van Dayk seçilib.

Çempionlar Liqasında "Liverpul" "Tottenhem"i 2:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub.

Van Dayk, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində həlledici görüşün ən yaxşısı seçilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.