"Barselona" yeni mövsüm üçün ev formasını təqdim etdi

"Barselona" öz rəsmi saytında komandanın 2019/20-ci illər mövsümündə evdə keçirəcəyi oyunlar üçün yeni geyim dəstinin fotoşəkillərini dərc edib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, yeni forma klub üçün klassik olan göy və tünd qırmızı rənglərdə hazırlanıb.

Futbolka üzərində klassik göy-qırmızı zolaqlar əvəzinə damalar öz əksini tapıb. Formanın yaxalığında Kataloniyanın sarı və qırmızı rənglərdə olan bayrağını xatırladan əlavə var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.