Səhər oyanan kimi su içmək olarmı?

Səhər oyanan kimi su içmək çox yaxşı vərdişdir.

Bu ürək-damar və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, metabolik prosesləri sürətləndirir, insanı daha gümrah edir. Lakin mütəxəssislər bunu dişləri yuduqdan sonra etməyi tövsiyə edir.

Day.Az Saglamolun.az-a istinadla xəbər verir ki, məşhur rusiyalı stomatoloq professor Sergey Melexovun sözlərinə görə, yuxu zamanı antiseptik xüsusiyyətləri olan ağız suyunun ifrazı azalır. Nəticədə ağız boşluğunda bakteriyaların sayı kəskin artır. Əgər insan oyanan kimi su içərsə bütün bu mikroblar mədəyə düşəcək. Bu səbəbdən professor əvvəl dişləri yaxşı fırçalamağı, daha sonra isə su içməyi tövsiyə edir.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.