Futbolun canlı əfsanəsi işləmək istədiyi ən sevimli komandasının adını açıqladı

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İngiltərə Premyer Liqasında işləmək istəyir.

Day.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Mançester Yunayted"i çalışdırmaq arzusundadır. O, mankunyanların sükanı arxasına keçməyə hazır olduğunu bildirib:

"Əgər "Mançester Yunayted"ə baş məşqçi lazımdırsa, mən hazıram. Bilirəm ki, onlar bütün dünyaya forma satırlar. Ancaq titul da qazanmaq lazımdır. Mən bunu edə bilərəm. Bu, mənim sevimli komandamdır".

Qeyd edək ki, hazırda "Mançester Yunayted"i Ole-Qunnar Sulşer çalışdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.