Salah öpülməkdən qorxdu

Çempionlar Liqasının mükafatlandırma mərasimindən sonra baş verən maraqlı hadisənin görüntüləri yayımlanıb.

Day.Az Fanat.Az-a istinadla xəbər verir ki, "Tottenhem"ə qalib gələrək kuboka sahib çıxan "Liverpul"un futbolçusu Məhəmməd Salah xanım jurnalist tərəfindən öpülməkdən qorxub.

Belə ki, jurnalist misirli ulduzun sualı daha yaxşı eşitməsi üçün ona yaxın dayanıb. Salah isə bunu yalnış başa düşüb və jurnalistin onu öpəcəyindən ehtiyat edərək kənara çəkilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.