İngilis fanatlar Portuqaliyada iğtişaş törətdilər...

İngilis fanatları Qimaraynş şəhərində Millətlər Liqasının Niderland-İngiltərə yarımfinal oyunu öncəsi iğtişaş törədiblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iğtişaşlar hələ Portuqaliya-İsveçrə oyunu keçirilən zaman başlayıb.

Bildirilir ki, Kriştianu Ronaldu ilk qolunu vuranda, fan-zonada olan ingilis fanatlar portuqaliyalı azarkeşlərə pivə şüşələrini və daş atmağa başlayıblar. Hətta bəziləri iddia edir ki, ingilislər kiçik ehtiyacını elə səki üzərində ödəyiblər. Bundan sonra polislər ərazini mühasirəyə alıb və fanatları fan-zonaya doğru sıxışdırıb. Buna cavab olaraq polislərə tərəf pivə şüşələri və daşlar atılıb. Polislər isə dəyənəkləri işə salmalı olublar.

Azarkeşlərdən biri isə fərqli mənzərəni təsvir edib. O bildirib ki, Ronaldu qol vurarkən ingilislərin fan-zonasında kimsə havaya pivə şüşəsini atıb, bundan sonra polis ingilis dilində danışanlara hücum edib.

Azarkeş Uill Byorns isə "Standard"a müsahibəsində bunu deyib:

"Portuqaliyalı azarkeşlər oyuna ailələri ilə baxırdılar. Onların uşaq səsləri altında qaçmalarına və arxalarınca şüşələrin atılması, "İngiltərə əbədi" şüarını eşitmək dəhşətli idi".

Polislə toqquşmalar oyunun sonunadək davam edib. Oyundan sonra ingilislər meydana qayıdıblar və rəqs etməyə başlayıblar. Polis onlara mane olmayıb.

Nəticədə iki ingilis fanat həbs olunub, daha iki nəfər xəsarət alıb.

Portuqaliya polisinin şefi Mark Roberts bildirib ki, fanatların davranışı qəbuledilməzdir. Qeyd olunur ki, bu, Portuda sutka ərzində ikinci hadisədir. Bir müddət əvvəl barda dava düşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.